Peskov: Rusiya-Ukrayna görüşü İstanbulda keçirilməyəcək...

Rusiya tərəfi 19 noyabrda Türkiyədə keçirilməsi planlaşdırılan Vladimir Zelenski ilə danışıqlarda iştirak etməyəcək...

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bir müddət əvvəl Ukrayna prezidenti Zelenski danışıqların İstanbulda keçiriləcəyini açıqlamışdı.

Reuters agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkov da iştirak edə bilər.

RBC-nin məlumatına görə, Peskov "Hələlik bu təmaslar Rusiyanın iştirakı olmadan aparılır. İstanbulda nələrin müzakirə olunacağı barədə məlumat gözləyəcəyik", - deyə şərh edib.

O qeyd edib ki, danışıqlardan sonra Rusiya prezidenti ilə Vitkov və ya Türkiyə nümayəndələri arasında heç bir təmas planlaşdırılmır.

Lakin, siyasətçilər Rusiyaya məlumat vermək qərarına gəlsələr, Putin dialoqa açıq olacaq, Peskov əlavə edib.

O, həmçinin Rusiyanın Kiyevdən danışıqlarla bağlı heç bir şey eşitmədiyini söyləyib və ölkənin dialoqa açıq qaldığını vurğulayıb.

Volodimir Zelenski özü danışıqları daha fəal şəkildə irəli aparmaq, əsir mübadiləsi məsələlərini həll etmək və sülh həlləri tapmaq üçün Türkiyəyə səfər edəcəyini bildirib. Ukrayna rəsmisi Rüstəm Umerov əvvəllər Türkiyəyə səfər edərək, tərəflərin təxminən 1200 Ukrayna vətəndaşının mübadiləsi də daxil olmaqla mövcud müqavilələri aktivləşdirmək barədə razılığa gəldiyini bildirmişdi.

Qeyd edək ki, Rusiya və Ukrayna sonuncu dəfə üç illik fasilədən sonra iyul ayında İstanbulda görüşmüşdülər. Hər iki tərəf dialoqu davam etdirməyə hazırdır. Lakin Moskva Ukraynanın siyasi və diplomatik yanaşma istəmədiyini göstərir, Kiyev isə Moskvanın buna nail olmaq üçün heç bir addım atmadığını bildirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə