Və Putinin ən çox qorxduğu şey də budur...

Ekspert müharibənin bitməsi üçün ideal ssenarini müəyyən etdi…

...İsveç-Amerika iqtisadçısı və diplomatı Anders Aslund hesab edir ki, Ukraynadakı müharibə Rusiyada çevrilişlə nəticələnə və bu da hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər.

O, müharibələrin əksəriyyətinin danışıqlar yolu ilə başa çatmadığını bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Aslund bu fikri Espresso televiziya kanalına verdiyi müsahibədə bildirib.

O, sülh müqaviləsi ilə deyil, Almaniyada inqilablarla başa çatan Birinci Dünya Müharibəsi nümunəsini xatırladıb.

...Bu, mahiyyət etibarilə mövcud müharibəyə son qoymaq üçün ideal ssenaridir - Moskvada daxili çevriliş nəticəsində Putinin süqutu. Və Putinin ən çox qorxduğu şey də budur.

Ekspert qeyd edib ki, əsas məqam Rusiya elitasının Putinin hərəkətlərinin ölkənin maraqlarına zidd olduğunu qəbul etməsi olacaq: "İqtisadi artım faktiki olaraq dayanıb. İnflyasiya 8-10 faiz təşkil edir və daha da artacağı ehtimal olunur. Səyahət imkanları kəskin şəkildə azalıb. İqtisadiyyat həm maliyyə, həm də texnoloji cəhətdən durğunluq içindədir. Putin öz xalqına zərər verir və kifayət qədər insanın bunu anlaması və onun getməsinin vaxtı olduğuna qərar verməsi yalnız zaman məsələsidir."

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə