Yerli administrasiyanın mətbuat xidmətinin verdiyi məlumata görə, Saratov vilayətinin Balakovo şəhərində 108 illik yaşayış binası qismən uçub.
SİA-nın məlumatına görə, hadisə 15 noyabr şənbə günü, 1917-ci ildə tikilmiş beş mənzilli, iki mərtəbəli binada baş verib.
Yazıda dərc olunmuş fotolarda damın altındakı fasad divarının bir hissəsinin uçduğu və onlarla kərpicin yerə düşdüyü göstərilir.
Administrasiya xəsarət alan olmadığını təsdiqləyib. Mütəxəssislər hazırda binanı yoxlayır və rəsmilər sakinlərin harada yerləşdiriləcəyinə qərar verirlər.
Noyabrın əvvəlində Saratov vilayətinin Leninski rayonunda 1950-ci il təvəllüdlü yaşayış binasının qismən uçduğu bildirilib. Yaşayış üçün yararsız hesab edilən mənzillərdən birinin döşəmələri uçub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB