Rusiya Ukraynanın 64 PUA-sını vurub

Rusiyanın hava hücumundan müdafiə vasitələri gecə saatları ərzində Ukraynaya məxsus 64 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bununla bağlı SİA-ya Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qurumun məlumatına görə, dronlar Rusiyanın müxtəlif bölgələrində qeydə alınıb.

Bildirilib ki, 25 PUA Ryazan, daha 17-si isə Rostov vilayəti üzərində vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə