“Rusiya yəhudilər üçün Avropadan daha rahatdır...”

Sevastopol ravvini Qərbdəki yahudiləri Rusiyaya, yaşamağa çağırır...

...Sevastopoldan olan ravvin Binyamin Volf Qərbi Avropa ölkələrindən olan yəhudiləri Rusiyaya köçməyi düşünməyə çağırdı.

O, son on ildə Paris və London kimi şəhərlərdəki yəhudi icmalarının "artan antisemitizm" səbəbindən narahat olduğunu, hakimiyyət orqanlarının buna qarşı yavaş mübarizə apardığına inandığını söylədi.

SİA-nın məlumatına görə, 20 ildən çoxdur ki, Sevastopolda yaşayan Binyamin Volf Rusiyanın yəhudilər üçün rahat bir ölkəyə çevrildiyini bildirib.

O qeyd edib ki, Rusiya hökuməti yəhudilərə hörmətlə yanaşır, onlara bayramları açıq şəkildə qeyd etməyə icazə verir və antisemitizmin hər hansı təzahürü sərt şəkildə yatırılır.

...Burada sinaqoq var və burada yəhudi ənənələrinə və adətlərinə hörmət edilir. Mən, ravvin Volf, burada özümü rahat və təhlükəsiz hiss edirəm, - deyə o vurğulayıb.

Ravvin həmçinin Sevastopol qubernatoru Mixail Razvojayevlə müzakirə etdiyi şəhərə yəhudi investorları cəlb etmək təşəbbüsünü də açıqlayıb.

Volfun sözlərinə görə, qubernator bu ideyanı dəstəkləyib və yeni layihələr üzərində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Volf son on ildə əhəmiyyətli dərəcədə transformasiyaya uğrayan Sevastopolun investisiya və mənfəət üçün unikal imkanlar təklif etdiyini iddia edib.

...Və Dnepr şəhərinin baş ravvini Şmuel Kaminetski daha əvvəl fərqli bir açıqlama vermişdi. Belə ki, o, Ukraynadakı silahlı münaqişənin 15 yanvar 2026-cı ilə qədər başa çatacağını proqnozlaşdırmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə