...Piylənmə təkcə ciddi bir xəstəlik deyil, həm də ölkə iqtisadiyyatı üçün "fəlakətli" ağır bir yükdür. Rusiyada bu xəstəlikdən əziyyət çəkən sakinlər ÜDM-in 4 faizini - müalicə, xəstəlik məzuniyyəti və erkən əlillik üçün trilyonlarla xərci istehlak edirlər.
SİA xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı İrina Filatova NSN mətbuat mərkəzində bildirib.
...Səhiyyə Nazirliyinin və sənaye analitiklərinin hesablamalarına görə, piylənmə ilə əlaqəli xəstəliklərdən yaranan itkilər ÜDM-in təxminən 4 faizinə çata bilər. Yəni, bu rəqəmlər trilyonlarla rublla ölçülür, - deyə parlamentari qeyd edib.
O izah edib ki, söhbət yalnız xəstəliyin müalicəsinin xərcindən getmir - piylənmə həm də erkən əlilliyə səbəb olur və vaxtından əvvəl ölümün artması səbəbindən demoqrafik göstəriciləri azaldır.
Filatova izah edib ki, bütün bunlar ölkənin sosial sisteminə əhəmiyyətli bir yük qoyur.
Onun sözlərinə görə, dövlət yalnız artıq çəkili vətəndaşların əlilliyi üzündən yüz milyardlarla rubl itirir ki, bu da bütün iqtisadiyyatın rəqabət qabiliyyətini sarsıdır.
Deputat həmçinin bədən kütlə indeksi (BKİ) 30-dan yuxarı olan piylənmədən əziyyət çəkən insanların əlilliyinin 400 milyard rubla qədər itkiyə səbəb olduğuna dair təxminlərə istinad edib.
...Bu, ÜDM-in 0,5 faizinə bərabərdir. Ölkə iqtisadiyyatı üçün bunlar fəlakətli rəqəmlərdir, - deyə parlament üzvü yekunlaşdırıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB