...Noyabrın 14-ü gecəsi Rusiyanın Novorossiysk şəhərində dron hücumundan sonra fövqəladə vəziyyət elan edilib. Neft anbarında və limanında yanğınlar baş verib.
SİA xəbər verir ki, bu barədə Rusiyanın Astra Telegram kanalı məlumat verib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, vurulan dronların qalıqları şəhərdəki bir neçə binaya, o cümlədən dörd çoxmənzilli binaya ziyan vurub.
Şəhər meri Andrey Kravçenkonun sözlərinə görə, qalıqlar "Çernomortransneft" çəninə və körpüsünə, konteyner terminalına, Şesxaris aşırma kompleksindəki neft anbarına və limandakı mülki gəmilərdən birinə ziyan vurub və üç dənizçi yaralanıb.
Qalıqların düşməsi nəticəsində baş verən yanğın söndürülüb və bu obyektlərdə xəsarət alan yoxdur.
Yerli hakimiyyət orqanları şəhərdə fövqəladə vəziyyət elan edib.
Rusiya Müdafiə Nazirliyinin gecə ərzində 216 dronu məhv etdiyi, o cümlədən Krasnodar diyarı üzərində 66, Qara dəniz üzərində 59 və Saratov vilayəti üzərində 45 dron olduğunu bildirilir.
Bəyanatda neçə dronun vurulduğu göstərilməyib.
Qeyd etmək lazımdır ki, Novorossiysk Rusiyanın ən böyük dəniz limanlarından biridir və neft xaricə bu liman vasitəsilə daşınır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB