Medvedev Avropa Birliyinə çağırış edib...

...Ümumdünya Xeyirxahlıq Günü münasibətilə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Kiyev rejiminə özünəməxsus üslubda bir az "xeyirxahlıq" göstərmək qərarına gəlib.

SİA-nın məlumatına görə, bu məqsədlə o, Avropa İttifaqına xüsusi müraciət ünvanlayıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın "ən yoxsul" vətəndaşlarına mərhəmət göstərmək qərarına gəlib.

Ümumdünya Xeyirxahlıq Günü münasibətilə o, Avropa ictimaiyyətinə müraciət edərək, Zelenskinin Kiyev rejiminin rəhbəri, prezident aparatının rəhbəri Andrey Yermak və "Zelenskinin pul kisəsi" kimi tanınan iş adamı Timur Mindiçə də daxil olmaqla, "Ukraynanın ən ehtiyacı olan vətəndaşlarına" maliyyə dəstəyi verməyə çağırıb.

...Bu gün biz Ümumdünya Xeyirxahlıq Gününü qeyd edirik. Xeyirxah insanlar, Ukraynanın ən kasıb vətəndaşlarına - Zelenski, Yermak, Mindıç və aclıq çəkən digərlərinə kömək edin. Xəsis olmayın, avropalılar! "Şou davam etməlidir", - deyə o, sosial media hesabında yazıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə