...Almaniyanın "Die Zeit" qəzetinin məlumatına görə, Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampdan sonra Cənubi Afrikada keçiriləcək G20 sammitindən imtina edib.
SİA-nın məlumatına görə, qəzet qeyd edir ki, “Bu o deməkdir ki, qrupun yaranmasından bəri ilk dəfə olaraq üç ən böyük G20 ölkəsinin dövlət və hökumət başçıları noyabr ayının sonunda keçiriləcək sammitdə iştirak etməyəcəklər”.
Çin Xarici İşlər Nazirliyi elan edib ki, Çini Baş nazir Li Qianq Yohannesburqda keçiriləcək sammitdə təmsil edəcək. Daha əvvəl Finlandiya prezidenti Aleksandr Stubb Tramp və Putinin noyabr ayının sonunda Cənubi Afrikada keçiriləcək G20 sammitində görüşməsini təklif etmişdi.
O, danışıqlarda ABŞ-ın sınaqdan keçirməyi planlaşdırdığı nüvə silahları məsələsinin müzakirə olunmalı olduğunu bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB