Noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyənin C-130 hərbi-nəqliyyat təyyarəsinin qalıqları üzərində araşdırma başladılıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Axtarış-xilasetmə və qəza araşdırma qrupu Gürcüstan hökuməti ilə koordinasiyalı şəkildə Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqlarını araşdırmağa başlayıb", - məlumatda bildirilib.
Qeyd edək ki, C-130 təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB