Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-1302 təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğradığı Sqinaxi bölgəsinə gəlib.
SİA xəbər verir ki, bu barədə nazir özünü “X” sosial platforma hesabında yazıb.
Nazir təyyarənin qəzaya uğradığı ərazidə aparılan axtarış-xilasetmə əməliyyatları ilə maraqlanıb.
Türkiyə tərəfi, həmçinin hərbi yük təyyarəsinin qəzaya uğradığı əraziyə axtarış-xilasetmə qrupu və pilotsuz uçan aparatlar göndərib.
Məlumata görə, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) axtarış-xilasetmə qrupu da Gürcüstana yollanıb.
Qeyd olunur ki, təyyarə dağlıq əraziyə düşdüyündən xüsusi tipli xilasedicilər qrupu Gürcüstana yola düşüb.
Türkiyənin axtarış-xilasetmə işlərinə kömək etmək üçün “Akıncı” pilotsuz uçan aparatlarını işə saldığı, onların bir neçə saat ərzində axtarışlara qoşulacağı da qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB