Abucada Tarixi Qələbə: Nigeriya və Niger Dünya Çempionatına vəsiqə qazandı! - FOTOLAR
Nigeriyanın paytaxtı Abucada yerləşən Guards Polo Club meydanında keçirilən Afrika Çövkən Çempionatı 8 noyabr tarixində başa çatmışdır. SİA xəbər verir ki, turnir 5–8 noyabr tarixlərini əhatə etmiş və Afrika qitəsinin dörd komandası – Nigeriya, Niger, Qana və Misir – arasında maraqlı qarşılaşmalarla yadda qalmışdır.
Son oyun günündə Qana Misir üzərində 6–1 hesabı ilə qələbə qazanaraq üçüncü yeri tutmuşdur.
Gərgin keçən final görüşündə isə Nigeriya Niger üzərində 5–3 hesabı ilə qalib gəlmiş və Afrika Çövkən Çempionatının qalibi adını qazanmışdır.
Nəticələrə əsasən yekun sıralama belə müəyyən olunmuşdur:
1-ci yer – Nigeriya
2-ci yer – Niger
3-cü yer – Qana
4-cü yer – Misir
2026-cı ildə Bakıda keçiriləcək Dünya Çövkən Çempionatının reglamentinə əsasən, Nigeriya və Niger komandaları bu yarışa birbaşa vəsiqə qazanmışlar.
Bu, Afrikada çövkənin inkişafı və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addım hesab olunur.
Turnir Guards Polo Club (Abuca) meydanında yüksək səviyyədə təşkil olunmuş və tamaşaçılara qədim çövkən oyununu müasir idman formatında izləmək imkanı yaratmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB