...Çin ABŞ-a müəyyən ikili təyinatlı materialların ixracına qoyulan qadağanı dayandırıb.
SİA xəbər verir ki, Politico-nun məlumatına görə, Çin Ticarət Nazirliyi bunu 9 noyabr bazar günü açıqlayıb.
Bu addım smartfon və kompüterlərdə istifadə olunan qabaqcıl yarımkeçiricilərin istehsalında istifadə olunan qallium, germanium və sürmənin ixracına da aiddir.
Bu materiallar həmçinin elektron müharibə və müşahidə sistemləri kimi hərbi texnologiyalarda, eləcə də raket sistemlərində və sursatlarda istifadə olunur.
Pekin ötən il bu materialların ixracını məhdudlaşdıran və qrafit də daxil olmaqla ikili təyinatlı məhsullara daha sərt yoxlamalar tətbiq edən tədbiri dayandırıb.
Çin Xarici İşlər Nazirliyi dayandırmanın "indidən 27 noyabr 2026-cı ilə qədər" qüvvədə olacağını bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB