...Böyük Britaniya hakimiyyəti mövcud sanksiyalar çərçivəsində Rusiyadan təyyarələrin alınmasını araşdıracaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Observer yazır.
Bir mənbəyə görə, Böyük Britaniyanın Biznes və Ticarət Departamenti qeyd edib ki, 2025-ci ilin yanvar-iyun ayları arasında ölkəyə 105 milyon dollar dəyərində mal idxal edilib. Bunun təxminən 50 milyon dolları Rusiya təyyarələrinin alınmasına xərclənib.
İstintaq zamanı rəsmilər Rusiyaya qarşı "əhəmiyyətli gəlir" yaradan təyyarə və texnologiyaların alınmasını qadağan edən sanksiyaların pozulub-pozulmadığını müəyyən etmək istəyirlər.
Bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Qərbdən Rusiyanın enerji sektoruna qarşı sanksiyalar tətbiq etməyi tələb etmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB