Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin (AAF) və Azərbaycan-Ukrayna Beynəlxalq Mədəniyyət Körpüsünün təşkilatçılığı, Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə Gelzenkirxen şəhərində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qazilərimizə şəfa arzu edilib.
Avropa Azərbaycan Mərkəzinin sədri və Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvü Zaur Əliyev çıxış edərək, Zəfər Gününün tarixi ədalətin və beynəlxalq hüququn bərpası, milli birliyin və gələcəyə inamın rəmzi olduğunu vurğulayıb. Bayrağın xalqın milli kimliyinin rəmzi və qürur mənbəyi olduğunu qeyd edən Z.Əliyev Vətən müharibəsində tarixi Qələbə sayəsində bu gün üçrəngli şanlı Bayrağımızın Azərbaycanın hər guşəsində, o cümlədən Şuşada, Laçında, Xocalıda, Xankəndidə qürurla dalğalandığını diqqətə çatdırıb. O, diaspor gənclərinin bu istiqamətdə tarixi həqiqətlərə və real faktlara söykənən maarifləndirici fəaliyyətinin önəmini qeyd edərək, bu sahədə görülən işlərə fəal dəstəyin davam etdiriləcəyini bildirib.
Azərbaycan–Ukrayna Beynəlxalq Mədəniyyət Körpüsünün sədri Günay Hüseynova icmalar arasında mədəni əməkdaşlığın və həmrəyliyin önəmini qeyd edib. Diaspor fəalı Samirə Kərimova isə informasiya mühitində faktların diqqətə çatdırılmasının və təbliğinin əhəmiyyətini xüsusi vurğulayıb.
Çıxışlardan sonra keçirilən sual-cavab bölməsində soydaşlarımız yüksək fəallıq nümayiş etdiriblər. Düzgün cavab verənlərə xatirə hədiyyələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB