Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında hücumundan sonra Ukraynada bir çox şəhərdə xilasetmə əməliyyatı davam edir. SİA xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Prezident Volodimir Zelenskinin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, 450-dən çox zərbə dronu və raketlərdən istifadə edilən hücum nəticəsində bir nəfər həlak olub, 11 nəfər yaralanıb.
"Hazırkı vəziyyətə görə, 11 nəfərin yaralandığı məlumdur, onların arasında uşaqlar da var. Təəssüf ki, 1 nəfər həlak olub", - o bildirib. Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Sumı, Çerniqov vilayətləri, həmçinin Odessa vilayəti zərbələrə məruz qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB