Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ölkənin “İbrahim sazişi”nə qoşulduğunu bəyan edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu mühüm qərar tamamilə Qazaxıstanın milli maraqları naminə qəbul edilib və respublikanın balanslaşdırılmış, konstruktiv və sülhpərvər xarici siyasətinin xarakterinə tam uyğundur.
Qeyd olunur ki, “İbrahim sazişi”nə qoşulmaq Qazaxıstanın bütün maraqlı dövlətlərlə əməkdaşlığının möhkəmlənməsinə xidmət edəcək və bununla da, ölkənin strateji məqsədlərinə tam şəkildə uyğun gələcək.
Astana bundan sonra da beynəlxalq hüquq normalarına, BMT-nin müvafiq qətnamələrinə və “iki xalq üçün iki dövlət” prinsipinə əsaslanan ədalətli, hərtərəfli və davamlı Yaxın Şərq münaqişəsinin həlli tərəfdarı kimi ardıcıl mövqeyini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB