İtaliyada nəqliyyatçıların tətili gündəlik həyata mənfi təsir göstərib

İtaliyada nəqliyyat sektorunda birgünlük milli tətil elan olunub.

SİA xəbər verir ki, bu sahədə fəaliyyət göstərən Həmkarlar İttifaqlarının qərarı ilə yerli ictimai nəqliyyatda, dəmir yollarında və avtomagistrallarda çalışan işçilər tətil ediblər.

Tətil ölkənin böyük şəhərlərində avtobus, metro və tramvay xətlərinin hərəkətinə mənfi təsir göstərib, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub.

Bəzi şəhərlərarası, yüksəksürətli və regional qatarlar ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə