SİA-nın məlumatına görə, Wildberries şirkətinin təsisçiləri Tatyana Kim və Vladislav Bakalçuk əmlaklarının bölünməsi ilə bağlı razılığa gəliblər.
Tatyana bunu Telegram kanalında elan edib: "Keçmiş ərimlə hər iki tərəfə uyğun şərtlərlə barışıq razılığı əldə etdik. Razılığa gələ bildiyimizə şadam. Bu, yetkin bir mövqedir." Əmlak bölgüsü işi rəsmi olaraq bağlanıb.
Xatırladaq ki, Tatyana Kim və Vladislav Bakalçuk Wildberries şirkətini 2004-cü ildə təsis ediblər.
Cütlük rəsmi olaraq 10 fevral 2025-ci ildə boşanıblar.
17 apreldə əmlak bölgüsü prosesində Moskvanın Savelovski Məhkəməsi Tatyana Kimin tərəfini tutub və Wildberries MMC-də 1 faiz pay əldə etmək iddiasını təmin edərək onu şirkətin yeganə sahibi edib.
2025-ci ildə Kim Forbes jurnalının dünyanın ən varlı 50 qadını siyahısına daxil edildi, 18-ci yerdə qərarlaşdı və Rusiyadan yeganə nümayəndə oldu.
Nəşr onun sərvətini 4,6 milyard dollar qiymətləndirir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB