Qazaxıstan lideri Qasım-Jomart Tokayev Donald Trampa heyranlığını açıq şəkildə ifadə edərək onu görkəmli bir lider adlandırıb. Qazaxıstan prezidentinin Orta Asiya-ABŞ sammitindəki çıxışının videosu Qırğızıstandan AKIpress xəbər agentliyinin YouTube kanalında yerləşdirilib. ...Təşəkkür edirəm, cənab Prezident və qəti şəkildə inanıram ki, siz hamımızın paylaşdığı və dəyər verdiyi ABŞ siyasətinə - həm daxili, həm də xarici siyasətinə - sağlam düşüncəni və ənənələri bərpa etmək üçün yuxarıdan göndərilən böyük bir lider və dövlət xadimisiniz.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Tokayev Trampa deyib.
Çıxışında Qazaxıstan prezidenti həmçinin Ağ Evdə görüşü təşkil etdiyinə görə Trampa minnətdarlığını bildirib və bu sammitin ABŞ ilə Orta Asiya dövlətləri arasında münasibətlərdə yeni bir mərhələnin başlanğıcını qeyd etdiyini vurğulayıb.
Tokayev həmçinin qeyd edib ki, Trampın səyləri sayəsində “səkkiz ayda səkkiz hərbi münaqişəyə” son qoyulub və ABŞ qlobal sabitliyin qorunmasında əsas rol oynayır.
O, həmçinin Qazaxıstan iqtisadiyyatına 100 milyard dolları keçən əhəmiyyətli ABŞ investisiyasından bəhs edib və bu, ABŞ-ı ölkədə ən böyük investor edir.
...Noyabrın 6-da Vaşinqtonda platformanın yaradılmasının 10-cu ildönümünü qeyd etmək üçün C5+1 sammiti keçirildi. Trampla görüşdə beş Orta Asiya ölkəsinin (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan) prezidentləri iştirak etdilər.
Qeyd edək ki, Tokayev Trampla ingilis dilində danışan yeganə dövlət başçısı idi. Zirvə görüşü zamanı ABŞ və Qazaxıstan 17 milyard dollardan çox dəyərində ticarət müqavilələri imzaladılar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB