Kralın qardaşı Endryunun titulları ləğv edildi

Britaniya Kralı III Çarlz qardaşı Şahzadə Endryunun “Şahzadə” titulunu və fəxri adlarını rəsmi qaydada ləğv etmək prosesinə başlayıb. SİA xəbər verir ki, bu barədə Bukinqem Sarayı məlumat yayıb. Həmçinin Endryuya Vindzordakı “Royal Lodge” malikanəsini tərk etməsi üçün rəsmi bildiriş göndərilib.

Kral ailəsindən verilən açıqlamada qeyd olunub ki, fəxri adların ləğvi üçün rəsmi proses bu gün başladılıb. O, bundan sonra Endryu Mauntbatten Vindzor adı ilə tanınacaq. Bəyanatda, həmçinin vurğulanıb ki, bu qərarlar Endryunun özünə qarşı irəli sürülən iddiaları inkar etməsinə baxmayaraq, zəruri hesab olunur. “Kral və Kraliça hər cür zorakılıq və istismar qurbanlarına dərin simpatiyalarını bildirirlər”,- açıqlamada qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə