Ukrayna kəşfiyyatı yeni sanksiyalardan Rusiyanın ciddi zərər gördüyünü qeydə alıb - Zelenski
Ukrayna kəşfiyyatı son vaxtlar tətbiq edilmiş sanksiyalardan Rusiyanın ciddi zərər gördüyünü qeydə alıb. Proqnozlara görə, dövlətin yalnız neft sənayesinə qarşı tətbiq olunan məhdudiyyətlərdən itkiləri ildə 50 milyard dolları keçə bilər. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
“Artıq tərəfdaşlarımızın yeni sanksiyalarının Rusiya hərbi maşınına təsiri barədə kəşfiyyatın ilkin və ətraflı qiymətləndirmələri var. Məlumat çoxdur və bunun əsasında yeni sanksiyaların hazırlanması zamanı tərəfdaşlarla kommunikasiyamızı tənzimləyəcəyik”, – deyə o bildirib.
Onun sözlərinə görə, indi Rusiyanın neft şirkətlərinə qarşı tətbiq edilən məhdudiyyətlər nəticəsində ciddi zərərlər müşahidə olunur və əgər Moskvaya qarşı prinsipial və ardıcıl təzyiq davam etdirilərsə, yalnız son vaxtlar tətbiq edilən həmin məhdudiyyətlərdən itkilər ildə azı 50 milyard dollar təşkil edəcək.
Bununla belə, Prezident vurğulayıb ki, tərəfdaşların sanksiya addımları daha da genişlənəcək və Ukrayna artıq bununla bağlı müvafiq siqnallar alıb.
V. Zelenski qeyd edib ki, ərəb dövlətlərinin dünya bazarına neft tədarükü həcmləri bazarda destabilizasiya və qiymət artımı təhdidlərinin qarşısını tam şəkildə ala bilər.
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko dövlət başçısına müharibə kontekstində Çin rəhbərliyinin əhvali-ruhiyyəsi və yaxın planları barədə də məlumat verib.
“Əsas məsələ odur ki, Pekin Rusiyanın müharibəni genişləndirmək və uzatmaq cəhdlərini dayandırmaq istiqamətində səylərə qoşulsun. Regionda son günlər baş tutan görüşlər barədə məlumatlar əsasında diplomatlarımıza müvafiq tapşırıqlar veriləcək. Kömək edən hər kəsə təşəkkür edirəm!”, – deyə V. Zelenski yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
                         
                         
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB