Trampla Cinpin arasında görüş başlayıb

Cənubi Koreyanın Busan şəhərində ABŞ Prezidenti Donald Trampla Çinin Sədri Si Cinpin arasında görüş başlayıb. SİA-nın məlumatına görə, Tramp çinli həmkarına onu görməkdən məmnun olduğunu deyərək görüşün uğurlu olacağına şübhəsinin olmadığını bildirib. “O, çətin danışıqçıdır. Bu, yaxşı deyil, amma biz bir-birimizi yaxşı tanıyırıq. Çox yaxşı əlaqələrimiz var”, - deyə Tramp görüş öncəsi qeyd edib.

Görüşdə iki ölkə arasında ticarət razılaşması və qlobal məsələlərin müzakirəsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə