Meksikada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 47-yə yüksəlib. SİA xəbər verir ki, bu barədə Mülki Müdafiə üzrə Milli Koordinatorluq (CNPC) məlumat yayıb.
Bildirilib ki, Verakruz, Puebla, Hidalqo, Queretaro və San Luis Potosi ştatlarını əhatə edən güclü yağışlar nəticəsində ölənlərin sayı artıb, 38 nəfər isə itkin düşüb.
Bəzi şəhərlərdə elektrik enerjisi kəsilib, əsas magistral yollar bağlanıb. Daşqınlar ümumilikdə 200 mindən çox insana zərər vurub, təxminən 50 min evə ziyan dəyib.
Hazırda təsirə məruz qalan ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə