Çində qadınlara dair liderlərin görüşü keçirilir

Çinin paytaxtı Pekində Qadınlar üzrə 4-cü Dünya Konfransının 30-cu ildönümü münasibətilə liderlərin görüşü keçirilir. SİA xəbər verir ki, açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpin, bir neçə dövlət və hökumət başçısı, müxtəlif ölkələrdən nümayəndə heyətləri iştirak edir.

Qeyd edək ki, 1995-ci ildə Pekində keçirilmiş BMT-nin Qadınlar üzrə 4-cü Dünya Konfransı qadın və kişilərin hüquq bərabərliyi ideyalarına tərəfdar olduğunu bəyan edib. Tədbirdə qadınların imkanlarının genişlənməsi və vəziyyətlərinin yaxşılaşdırılması uğrunda fəaliyyət göstərmək istiqamətində Pekin Bəyannaməsi və Fəaliyyət Platforması qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə