Qəzzada müharibə başa çatıb - Tramp

“Qəzzada müharibə başa çatıb”. SİA-nın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsrailə səfəri zamanı təyyarədə jurnalistlərə açıqlamasında deyib. O, Yaxın Şərqdə vəziyyətin normallaşacağını bildirib.

Tramp İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının qüvvədə qalacağına inandığını qeyd edərək, insanların müharibədən yorulduqlarını vurğulayıb.

“Mənə çoxlu şifahi zəmanətlər verilib və inanıram ki, onlara çox güclü şəkildə əməl olunacaq. Bunun gerçəkləşəcəyini düşünürəm”, - deyə Tramp əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə