“Gürcüstan cəmiyyətində 500 xarici agent fəaliyyət göstərir və onlar ölkəmizdə etiraz aksiyalarını dəstəkləməklə etiraz ab-havası saxlamağa çalışırlar. Gürcüstanda etiraz əhvalı yoxdur”.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, əslində gürcü cəmiyyətində etiraz yoxdur və bunu “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının seçkilərdə səslərin 82 faizini əldə etməsi də təsdiqləyir.
“Biz 1 milyon 100 mindən çox səs əldə etmişik. Belə vəziyyətdə əlbəttə ki, bu cür süni etiraz cəhdlərinin heç bir perspektivi olmayacaq”, - deyə İ.Kobaxidze vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170