...itkin düşüb
ABŞ-ın Tennessi ştatında partlayıcı qurğuların saxlandığı binada partlayış nəticəsində 19 nəfər həyatını itirib və ya itkin düşüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saatlarında “Accurate Energetic Systems” şirkətində baş verib.
Hamfri vilayətinin şerifi Kris Deyvis partlayış nəticəsində ölənlərin dəqiq sayını açıqlamasa da, itkin düşənlərlə birgə bu rəqəmin 19 olduğunu deyib. O, daha 3 nəfərin yüngül xəsarət aldığını qeyd edib. Onun sözlərinə görə, partlayış yaxınlıqdakı evlərə zərər yetirib və silsilə partlamalara səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə