Sankt-Peterburqda iki əcnəbi tələbə döyülüb...

Sankt-Peterburqda fast-food restoranında iki əcnəbi tələbə döyülüb, hücum edənlərin axtarışı davam etdirilir.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Sankt-Peterburq universitetlərindən birində təhsil alan 24 və 26 yaşlı əcnəbi qadın Primorsk rayon polisi ilə əlaqə saxlayıb.

...Qızlar İspıtateley prospekti, 27 ünvanında yerləşən fast-food restoranında bir qrup gənclə münaqişə yarandığını bildiriblər. Sonrakı dava zamanı naməlum şəxslər qızlara bədən xəsarətləri yetirərək qaçıblar, - məlumatda deyilir. Zərərçəkənlər həkimə müraciət ediblər və onlara qançır, sıyrıq və əzilmiş xəsarətlər diaqnozu qoyulub.

Polis araşdırmalara başlayıb və hücum edənləri axtarır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə