Papa xəbərləri süni intellektdən qorumağa çağırıb...

...Papa XIV Leo süni intellektin xəbərlərin etimadını sarsıda biləcəyindən və informasiyaya nəzarəti bir neçə nəfərin ixtiyarına verə biləcəyindən narahatlığını ifadə edib.

SİA-nın məlumatına görə, TASS xəbər verir ki, Roma Papası XIV Leo medianı süni intellektin həddindən artıq təsirindən qorumaq zərurətinə çağırıb.

Minds International assosiasiyasının nümayəndələrinə müraciətində pontifik qeyd edib ki, alqoritmlər görünməmiş miqyasda və böyük sürətlə məzmun yaratmağa qadirdir.

...Ancaq onlara kim nəzarət edir? Biz texnologiyanın bəşəriyyəti əvəz etməsinin qarşısını almaq, məlumat və alqoritmlərin bir neçə adamın əlinə keçməsinin qarşısını almaq üçün ayıq olmalıyıq.

Bunu Papa bildirib.

O vurğulayıb ki, informasiya bütün cəmiyyət üçün dəyərli sərvətdir və etibarlı şəkildə qorunmalıdır.

Papa ümid etdiyini bildirib ki, cəmiyyət həqiqəti uydurmadan ayırmağın qeyri-mümkün olduğu vəziyyətlə üzləşməyəcək. Pontifik jurnalistlərin əməyinin vacibliyini də qeyd edərək, onların xəbərlərin düzgünlüyünə və yalan məlumatların yayılmasına qarşı mübarizəyə görə məsuliyyət daşıdığını vurğulayıb.

Onun fikrincə, jurnalistlər “sahədə birinci” qalmalı və peşəkarlıq, cəsarət və yüksək etika tələb edən “zibil” məlumatlara qarşı antidot rolunu oynamalıdırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə