Rusiya Ukraynaya qarşı müharibədə getdikcə daha çox əcnəbilərə arxalanır. Rekord itkilərə görə Kreml kubalıları, Şimali koreyalıları, afrikalıları və Mərkəzi Asiyadan olan miqrantları müharibəyə cəlb edir. SİA xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb. Nəşr Ukrayna rəsmilərinə istinadən bildirib ki, yaxın vaxtlarda 25 min kubalı Rusiya tərəfində döyüşə bilər. Onlar hətta Şimali Koreyanı da keçərək döyüş meydanında ən böyük xarici kontingent olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə