Atlantic Council: "Kreml Trampın səxavətini rədd etdi..."

Putinlə güc dilində danışmağın vaxtıdır.

Deyəsən vəziyyət dəyişir axı..?

...ABŞ prezidenti Donald Tramp “güzəştlər vasitəsilə sülh” strategiyasının uğursuz olduğunu gördü.

Aylarla Putini sərfəli şərtlər təklif edərək və Kiyevi güzəştə getməyə çağıraraq onu sülhə razı salmağa çalışdıqdan sonra Rusiya lideri Ukrayna şəhərlərinə yeni hücum və intensivləşdirilmiş raket zərbələri ilə cavab verdi.

SİA-nın məlumatına görə, bu barədə Atlantic Council yazır.

İndi Vaşinqtonun ritorikası dəyişib. Tramp Rusiyanı “kağız pələng” adlandırır və Ukraynanın bütün ərazilərini geri qaytarmağa qadir olduğunu iddia edir.

Bu dəyişiklik, analitiklərin fikrincə, diplomatik səylərdən təzyiqə keçiddən xəbər verə bilər.

Əvvəlki ABŞ prezidentlərinin səhvlərini etiraf etməsinə baxmayaraq, Tramp qətiyyətli addımlar atmaqdan çoxdan yayınır.

Bununla belə, danışıqların uğursuzluğu və Ağ Evdə artan qıcıq onun yanaşmasına yenidən baxılmasına səbəb olduğu bildirilir.

Vaşinqton Ukraynaya kəşfiyyat dəstəyini genişləndirməyi və “Tomaqavk” qanadlı raketlərinin mümkün transferini nəzərdən keçirir.

Ekspertlər hesab edirlər ki, real sülhə nail olmaq üçün Tramp Moskvaya sadəcə bəyanatlar verməklə kifayətlənməyib, hərəkətə keçmək istəyini nümayiş etdirməlidir.

Rusiya əmindir ki, ABŞ Ukraynanı dəstəkləməkdən yorulacaq və buna görə də güzəştə getməyə tələsmir. Əgər Tramp Kremli Kiyevi tərk etmək niyyətində olmadığına və Ukraynanın müstəqilliyini müdafiə etməyə hazır olduğuna inandırsa, Moskva danışıqlara hazır ola bilər. Bir sıra uğursuz təkliflərdən və Rusiyanın eskalasiyasından sonra Vaşinqtonda çoxları əmin oldular ki, Putinlə güc dilində danışmağın vaxtı çatıb – onun başa düşdüyü yeganə dil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə