ABŞ-da şatdaunu dayandırmaq üçün növbəti səsvermə uğursuz olub

Lehinə 52, əleyhinə 42 səslə Respublikaçılar Partiyasının hökuməti noyabrın 21-nə qədər maliyyələşdirməyi nəzərdə tutan qısamüddətli qanun layihəsi lazım olan 60 səsi toplaya bilməyib. SİA-nın məlumatına görə, ən azı növbəti səsverməyə qədər şatdaun qüvvədə qalıb.

Demokratlar Partiyasından olan senatorlar Con Fetterman, Katrin Kortez Masto və müstəqil senator Anqus Kinq layihənin lehinə səs verib. Onlar ötən həftəki səsvermədə də bu addımı atmışdılar. Kentukkidən olan senator Rand Pol yenə layihənin əleyhinə çıxan yeganə Respublikaçılar Partiyasının təmsilçisi olub.

Bu gün, həmçinin Demokratlar Partiyasının da şatdauna son qoymaq üçün irəli sürdüyü layihə üzrə səsvermə baryeri keçməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə