Təxribat üçün nəzərdə tutulmuş silah və partlayıcı maddələr ələ keçirilib...

Gürcüstanda prezident iqamətgahının ələ keçirilməsinə paralel təxribat əməliyyatları üçün nəzərdə tutulan partlayıcı maddələr və silahlar götürülüb.

SİA-nın məlumatına görə, TASS Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə (DSX) istinadən xəbər verir. Təhlükəsizlik naziri Laşa Maqradze bildirib ki, əməliyyat zamanı çoxlu sayda silah və partlayıcı maddə ələ keçirilib. Bundan başqa, onun sözlərinə görə, Tbilisiyə silah daşıyan və seçki günü, oktyabrın 4-də təxribat planlaşdıran şəxslər zərərsizləşdirilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə