...Bölgədə təxminən 35 000 miqrant yaşayır, onlardan 29 000-i rəsmi işləyir. Parlament üzvləri həmçinin miqrantların saxlanma məntəqəsinin genişləndirilməsini və asayişin qorunmasına yardım etmək üçün veteranlar bölməsinin yaradılmasını təklif ediblər.
Xabarovsk diyarının Qanunvericilik Dumasının iclasında deputatlar hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birlikdə əmək miqrasiyasının tənzimlənməsinə yeni yanaşmaları müzakirə ediblər.
Digər sektorlarda, o cümlədən ictimai nəqliyyat sürücülərində kadr çatışmazlığının etiraf edilməsinə baxmayaraq, xarici vətəndaşların çatdırılma xidmətlərində işləməsinin qadağan edilməsi təklifi irəli sürülüb.
Bu qərar miqrantların hərəkətinə nəzarətin gücləndirilməsi və ictimai təhlükəsizliyin təmin edilməsi zərurəti ilə əsaslandırılır.
Miqrantların saxlanma infrastrukturunun genişləndirilməsi tədbirləri də nəzərdən keçirilir: yalnız iki nəfərin yerləşə biləcəyi indiki müəssisənin əvəzinə 200 çarpayılıq yeni mərkəzin tikintisi planlaşdırılır.
Əcnəbi işçilərin hərəkətinə operativ nəzarət etmək üçün regionun miqrantların yerləşdiyi yerlər barədə məlumatları hüquq-mühafizə orqanlarına ötürəcək “Əminə” mobil proqramından istifadə etməklə pilot layihədə iştirak etməsi təklif olunur.
Təklif olunan əlavə tədbir ictimai asayişin qorunmasına kömək etmək üçün döyüş veteranlarından ibarət xüsusi dəstənin formalaşdırılmasıdır.
SİA bir daha xatırladır ki, rəsmi statistikaya görə, Xabarovsk diyarında 35 minə yaxın miqrant daimi yaşayır, onlardan 29 mini qanuni olaraq işləyir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə