Tbilisidə toqquşmalar...

Etirazçılar barrikadalar qurublar, bəziləri artıq yandırılıb...

Tbilisinin mərkəzində bələdiyyə seçkilərindən sonra etirazçılar polislə toqquşub. Nümayişçilər prezident sarayına basqın etməyə cəhd edib və qısa müddətə həyətə girə biliblər.

SİA-nın əldə etdiyi məlumata görə, BBC xəbər verir ki, polis etirazçıları dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Bir çox müxalifət xadimləri hakimiyyətin siyasi rəqiblərinə misli görünməmiş təzyiqləri fonunda keçirilən seçkiləri boykot edib.

Bununla belə, baş nazir İrakli Kobaxidze hakim “Gürcü arzusu” partiyasını qələbə qazandığını elan edib.

Bunu sonradan ölkənin Mərkəzi Seçki Komissiyası da təsdiqləyib.

Qeyd edək ki, Gürcüstanda 300 gündən artıqdır ki, etirazlar davam edir. Onlar 2024-cü ilin oktyabrında “Gürcü Arzusu”nun qələbəsi ilə nəticələnən parlament seçkilərindən sonra başlayıb.

Müxalifət hökuməti pozuntularda ittiham edib, seçkilərin nəticələrini rədd edib və parlamentdə yer almaqdan imtina edib. Yeni təyin olunmuş baş nazir İrakli Kobaxidze Gürcüstanın Aİ ilə üzvlük danışıqlarının dörd il müddətinə təxirə salındığını elan etdi ki, bu da Avropaya inteqrasiyanı dəstəkləyən Gürcüstan vətəndaşları arasında kəskin narazılığa səbəb oldu.

O vaxtdan bəri etirazçılar hər axşam Gürcüstan paytaxtının mərkəzi prospektini bağlayırlar, baxmayaraq ki, onların sıraları xeyli azalıb.

Oktyabrın 4-də on minlərlə insan yenidən Tbilisinin mərkəzinə toplaşıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə