ABŞ Prezidenti Donald Trampın elçiləri Cared Kuşner və Stiv Vitkof Qəzza planının təfərrüatlarını müzakirə etmək üçün Misirə yola düşüblər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Qeyd olunur ki, onlar sabah keçiriləcək həlledici danışıqlarda iştirak edəcəklər. Danışıqlarda əsirlərin azad olunması üçün görüləcək tədbirlər, Qəzza zolağındakı müharibənin dayandırılması yolları və davamlı sülh sazişinə nail olunması məsələləri müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə