Ukraynanın zərbə tipli dronları Rusiyanın Leninqrad vilayətində yerləşən Kirişi şəhərinə hücum edərək ölkənin ən böyük neft emalı müəssisələrindən biri olan "Kirişinefteorqsintez" zavodunu vurub. SİA xəbər verir ki, hücum barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko “Telegram” kanalında məlumat verib.
Drozdenko bildirib ki, sənaye zonasındakı yanğınla bağlı məlumat var: "Yanğınsöndürənlər artıq hadisə yerindədir".
Məlumata görə, hücumun hədəfi "Surqutnefteqaz" şirkətinə məxsus olan "Kirişinefteorqsintez" zavodu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə