Bu gün Gürcüstanda bələdiyyə seçkiləri keçirilir. SİA xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da ölkə üzrə bütün seçki məntəqələri səsvermə üçün açılıb və proses 20:00-dək davam edəcək.
Seçici siyahısına 3 milyon 513 818 vətəndaş daxildir. Seçicilər 64 bələdiyyə şurasının 2058 üzvünü və 64 merini müəyyən edəcəklər.
Ölkə üzrə ümumilikdə 3061 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 2284-ü elektron, 777-si isə ənənəvi formada təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə