ABŞ Trampın təsviri olan 1 dollarlıq sikkə buraxacaq...

ABŞ prezidenti Donald Trampın təsviri olan bir dollarlıq sikkə buraxacaq.

SİA-nın məlumatına görə, bunu Texas Respublikaçı senator Ted Kruzun kommunikasiyalar üzrə müşaviri Stiv Qonaq X-ə müsahibəsində bildirib.

…Amerika geri döndü və onunla birlikdə bir dollarlıq sikkə də oldu. Tramp həmişə Amerikanın 250 illik yubileyinin siması olacaq, - o, şəklin qaralamasını posta əlavə edərək yazıb.

Sikkənin üz tərəfində Trampın profili əks olunub. Əks tərəfdə Tramp yumruğunu 1 dollar nominalında yazılmış Amerika bayrağına qaldırmış vəziyyətdə təsvir edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə