...Oktyabrın 3-də müşahidə avadanlığının sınağı zamanı 15 naməlum pilotsuz təyyarə Belçikanın Elsenborn şəhərindəki hərbi bazanın üzərində görünüb.
SİA-nın məlumatına görə, baza Almaniya sərhədindən bir neçə kilometr aralıda yerləşir.
Flamand ictimai yayımı VRT-nin məlumatına görə, oktyabrın 3-də Belçikada pilotsuz təyyarə ilə bağlı insident gecə saat 1:45 radələrində baş verib.
Belçikanın müdafiə naziri Teo Frankenin ofisi naməlum pilotsuz təyyarələrin Elsenborn bazası üzərindən uçduğunu təsdiqləyib.
Hərbçilər hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edilir ki, Elsenborn hərbi bazası 28 kvadratmetr ərazini əhatə edir və təlim düşərgəsi kimi istifadə olunur.
Hədəf təlimi bazanın təhlükəsiz zonasında keçirilir. Hərbi məsələlər üzrə müxbir Yens Frankenin verdiyi məlumata görə, insident zamanı bazada pilotsuz uçan aparatların aşkarlanması sistemi sınaqdan keçirilirmiş.
...Sistem pilotsuz uçan aparatları aşkarlaya bilib. Onların Belçikadan sərhədi keçərək Almaniyaya uçduğu güman edilir. Kiçik Düren şəhərinin polisi də onları görüb.
Bunu müxbir bildirib.
PUA-ların haradan və hansı məqsədlə buraxıldığı hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə