Hindistan ilə Çin arasında birbaşa uçuşlar bərpa olunur

Hindistan Covid-19 pandemiyası və sonrakı sərhəd toqquşmaları səbəbilə dayandırılan Çin uçuşlarının oktyabrın sonundan etibarən yenidən başlayacağını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Pekindəki səfirliyi bəyan edib: "İki ölkənin müəyyən şəhərləri arasında birbaşa uçuşlar oktyabrın sonunda aviaşirkətlərin qərarına uyğun olaraq həyata keçiriləcək".

Məlumatda bu addımın Hindistan hökumətinin Çinlə münasibətləri mərhələli şəkildə normallaşdırmaq səylərinin bir hissəsi olduğu vurğulanıb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə