Türkiyənin 30 vilayətində terrorçularla əlaqədə şübhəli bilinən onlarla şəxs saxlanılıb
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “Paralel dövlət” (FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 91 nəfərin həbs edildiyini açıqlayıb. SİA xəbər verir ki, daxili işlər naziri sosial şəbəkədə FETÖ ilə əlaqəsi olan şəxslərin saxlanılması əməliyyatlarının son iki həftə ərzində aparıldığını və ölkənin 30 vilayətini əhatə etdiyini açıqlayıb.
Nazirin sözlərinə görə, saxlanılan şəxslərdən 64-ü terror təşkilatına qoşulmaq, cinayətkar təşkilatları maliyyələşdirmək, sosial şəbəkələrdə qadağan olunmuş ideologiyanı təbliğ etmək ittihamı ilə məhkəmə qərarı ilə həbs edilib.
A.Yerlikaya hüquq-mühafizə orqanları əməkdaşlarının əməliyyatlarını əlaqələndirdiyinə görə prokurorluğa minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170