Ağ Ev... bu məqaləni şərh etməkdən imtina edib...

...Ağ Evin mətbuat katibi Carolyn Levitt, ABŞ-ın Rusiyadakı hədəflərə zərbələr endirmək üçün Ukraynaya kəşfiyyat məlumatı verməyə hazır olması ilə bağlı “Wall Street Journal” xəbərinin doğruluğunu təsdiqləməkdən imtina edib.

SİA-nın məlumatına görə, o, bu barədə Fox News telekanalında açıqlama verib.

...Biz məxfi kəşfiyyatla bağlı məsələləri şərh etmirik. Bunu açıq şəkildə etmək məsuliyyətsizlik olardı.

Bunu Levitt bildirib.

Qeyd edək ki, bir müddət əvvəl “Wall Street Journal” xəbər vermişdi ki, Donald Tramp administrasiyası ilk dəfə olaraq Rusiyadakı enerji obyektlərinə raket zərbələri endirmək üçün Ukraynaya kəşfiyyat məlumatı verməyə hazırdır.

Qəzetin mənbələrinə görə, “Tomaqavk” və “Barakuda” da daxil olmaqla, uzaqmənzilli raketlərin tədarükü imkanları da müzakirə edilir.

Ekspertlər hesab edirlər ki, ABŞ administrasiyasının yeni qərarları əvvəllər Kiyevin Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün təchiz edilmiş sistemlərdən istifadəsini məhdudlaşdıran Ağ Evin siyasətindəki dəyişikliyi əks etdirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə