Belarusla həmsərhəd olan Bryansk vilayətində benzin qıtlığı yaranıb...

Yanacaqdoldurma məntəqələrində məhdudiyyətlər var...

...Benzin problemləri Rusiyanın Belarusla həmsərhəd olan Bryansk vilayətinə çatıb.

SİA-nın məlumatına görə, Flagstok xəbər verir ki, yanacaq ya mövcud deyil, ya da məhdudlaşdırılıb.

İlk hallar Bryanskda oktyabrın 1-də qeydə alınıb.

Bəzi “Qazprom” və “Derjava” yanacaqdoldurma məntəqələri bütün benzinin (AI-92 və AI-95) qiymətini sıfırlayıb.

Bu gün “Lux-Oil” yanacaqdoldurma məntəqəsində müştəriyə 1000 rus rublu (15-17 litr) kvota nəzərdə tutan lövhə görünüb. Xəbər şərhçiləri əmindirlər ki, bu, yanacaq qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə