Türkiyə XİN bu hücumu terror adlandırdı

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan "Sumud" qlobal flotiliyasına İsrail qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücumu pisləyib. SİA xəbər verir ki, bu barədə XİN-in yaydığı bəyanatda rəsmi Ankaranın sözügedən hücumun Qəzzada atəşkəsin təmin olunmasına yönəlmiş səylərə zərər verməməsinə ümid etdiyi bildirilib.

Nazirlik hücumu beynəlxalq hüququ ən ciddi şəkildə pozan və günahsız mülki insanların həyatını təhlükəyə atan terror aktı kimi qiymətləndirib.

"Səfərin əvvəlindən etibarən donanmadakı iştirakçılar arasında vətəndaşları olan digər ölkələrlə koordinasiyalı şəkildə hərəkət edilir. Bu çərçivədə, İsrail qüvvələri tərəfindən saxlanılan vətəndaşlarımızın və digər sərnişinlərin tezliklə azad olunması üçün bütün zəruri addımlar atılır. Hücumun məsul şəxslərinin cəzalandırılması üçün hüquqi yollarla müraciət ediləcək", - bəyanatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə