Saturnun "Enseladus" adlı peykində həyat əlamətlərinə işarə edə biləcək yeni üzvi molekullar aşkarlanıb. SİA xəbər verir ki, alimlər bu tapıntının buzlu peykin yaşayış üçün əlverişli ola biləcəyinə dair ehtimalları artırdığı fikrindədirlər. Tədqiqatçıların əldə etdikləri nəticələr "Enseladus"un həyat üçün potensial məkan ola biləcəyinə dair ən güclü sübut hesab edilir.
Qeyd edək ki, səthinin altında mövcud olan okean səbəbilə bu peykin yaşayış potensialı alimlərin uzun müddətdir diqqət mərkəzindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə