...NOS televiziyası xəbər verir ki, Hollandiyanın vəliəhd şahzadəsi Amalia ehtiyatda olan hərbçilərin hazırlanması proqramına başlayaraq ölkənin silahlı qüvvələrində xidmət etməyə başlayıb.
SİA-nın məlumatına görə, vəliəhd şahzadə Kral Donanması, Ordusu və Hərbi Hava Qüvvələri üçün kurslara yazılaraq, kiçik dənizçi və üçüncü dərəcəli əsgər rütbələrini qazanıb. Standart təlim proqramına bir neçə həftəlik sahə təlimi və nəzəri dərslər daxildir, lakin at qəzasında qolu sındığı üçün praktiki hissə təxirə salınacaq.
Şahzadə hazırda ballistika, taktika və kartoqrafiya üzrə təhsil alır və Müdafiə Nazirliyində part-time işləməyi planlaşdırır. Hollandiya Müdafiə Nazirliyi Şahzadə üçün seçim zamanı heç bir istisna edilmədiyini aydınlaşdırdı: o, tibbi, psixoloji və təhlükəsizlik yoxlamasından keçib.
Kursun rəis müavini mayor Petra Geyteman qeyd etdi ki, bütün tələbələr kafedranın tələblərinə uyğun olaraq ciddi seçim prosesindən keçirlər.
Jurnalistlər qeyd ediblər ki, Amaliya kral ailəsindən orduya gələn ilk qadın olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə