Rusiyanın Kiyevə hücumu olub - Türkiyə vətəndaşı həlak oldu

Rusiyanın Kiyevə hücumu nəticəsində bir Türkiyə vətəndaşı həlak olub. SİA xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, Sakaryanın Akyazı rayonundan olan yük maşını sürücüsü Tevfik Bektaş Kiyevə yük aparıb. O, yükü boşaltdıqdan sonra gömrük ərazisində gözləyib. Üç uşaq atası olan Bektaş, Rusiyanın başlatdığı 12 saatlıq bombardmandan əvvəl verilən “sığınacaqlara daxil olun” xəbərdarlığına baxmayaraq, avtomobilində qalmağı üstün tutub. Hücum zamanı Bektaşın olduğu əraziyə bomba düşüb və o, üç nəfərlə birlikdə həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə