...Avropa Kiyevi dəstəkləməyə yanaşmasını dəyişir. Almaniya ilk dəfə olaraq Ukraynanı maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərinin geniş miqyasda səfərbər edilməsinə çağırıb. Almaniya kansleri Fridrix Merts Ukrayna Silahlı Qüvvələri üçün eksklüziv olaraq silah alınması üçün təxminən 140 milyard avro ayrılmasını təklif edib.
SİA-nın məlumatına görə, bu barədə Foreign Policy yazır.
Müharibə başlayandan bəri Rusiyanın Avropa və ABŞ-da 200 milyard avroya yaxın aktivləri dondurulub, lakin onlardan istifadə məsələsi xüsusilə Fransa və Belçikada hüquqi və siyasi müzakirələrə səbəb olub.
İndi, ABŞ-ın iştirakının azalması və ABŞ prezidenti Donald Trampın Ukraynaya dəstəyi azaltdığını açıqlaması fonunda Brüssel və Berlin daha qətiyyətli hərəkət etməyə hazır olduqlarını nümayiş etdirirlər.
...Rusiya bu müharibəni başlatdı və bunun əvəzini işğalçı ödəməlidir.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib bunu. Onun sözlərinə görə, yeni tənzimləmə Ukraynanın xərclərinin Avropa vergi ödəyiciləri tərəfindən deyil, Rusiya fondları hesabına ödənilməsinə imkan verəcək.
Müzakirə olunan variantlar arasında Rusiya aktivləri ilə təmin edilmiş Avropa İttifaqı borcunun verilməsi və ya bu vəsaitlər üzrə yığılan faizlərin Ukraynaya köçürülməsi daxildir.
Beləliklə, aktivlərin özləri dondurulmuş vəziyyətdə qalacaq, lakin vəsaitlər Ukraynanın müdafiəsi və yenidən qurulmasının maliyyələşdirilməsinə yönəldiləcək.
Merz israr edir ki, vəsait yalnız silahlar üçün istifadə olunmalıdır, Avropa Komissiyası isə onların daha geniş şəkildə - müdafiə, yenidənqurma və sosial ehtiyaclar üçün bölüşdürülməsini təklif edir.
Yekun qərarlar bu həftə Danimarkada keçiriləcək Avropa İttifaqı sammitində verilə bilər. Buna cavab olaraq Rusiya vəsaitlərinin müsadirə edilməsi və ya aktiv istifadə edilməsi halında “nəticələr”lə hədələyib.
Bununla belə, avropalı ekspertlər əmindirlər ki, Moskva aqressiv müharibəyə start verərək, öz aktivlərinin hüquqi müdafiəsini itirib.
Buna görə də, Avropa İttifaqı təkcə sanksiyaları sərtləşdirməyə deyil, həm də ilk dəfə olaraq Ukraynanın yaşamaq uğrunda müharibəsinin əsas maliyyə mənbəyi kimi Rusiya vəsaitlərindən istifadə etməyə hazırdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə